8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Tomas Heberli: “Azərbaycan millisi evdə yaxşı oynayır”

 “Azərbaycan millisi evdə yaxşı oynayır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis iyunun 17-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.

O, istənilən matçda səbirlə çıxış etməyin vacibliyini vurğulayıb: “Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik”.

Heberli Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına da münasibət bildirib: “Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik”.

Qeyd edək ki, Azərbaycan - Estoniya oyunu saat 20:00-da başlayacaq.

 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31