12 May 2024, Bazar günü
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

I Divizionda 8 ildən sonra ilk yaşandı

I Divizionun 29-cu turu ilklə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub. Bu, “Qarabağ-2” - “Turan Tovuz-2” görüşündə baş verib.

Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.

Azərbaycan çempionatının 1-ci divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/15 mövsümündə yaşanıb.

8 il 1 gün öncə - 2015-ci il mayın 15-də “Ağsu” - “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da - baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31