12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”
"Neftçi"nin məşqçisindən qələbə şərhi

Ölkə futbolu

AFFA-nın baş katibi: “Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil”

 “Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Lisenziya Komissiyasının qərarı ilə “Araz-Naxçıvan” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün lisenziya almalarına münasibət bildirərkən deyib.

Milli assosiasiya rəsmisi yarışın Əsasnaməsinə uyğun olaraq, Birinci Divizionda çempion olan komandanın Premyer Liqaya vəsiqə qazanacağını xatırladıb: “Belə olan təqdirdə yüksək liqada sonuncu yeri tutan elitanı tərk etməlidir. Birinci Diviziondan Premyer Liqaya lisenziya qazanan digər klublar çempion olmadıqları üçün yüksək liqaya vəsiqə əldə etmirlər”.

S.Hacıyev Premyer Liqada komanda sayının artırılıb-artırılmayacağına AFFA İcraiyyə Komitəsinin qərar verəcəyini vurğulayıb: “Komitə məsələ ilə bağlı hələlik qərarını verməyib. Bu o deməkdir ki, hazırda ancaq aşağı liqada birinci yeri tutan və lisenziya alan komanda Premyer Liqaya vəsiqə əldə edib. Əgər Birinci Divizionun qalibi olan və lisenziya alan komanda hansısa səbəbdən Premyer Liqada iştirakdan imtina etsə, o zaman lisenziya qazanan digər komandaların məsələsi nəzərdən keçirilə bilər. Bütün bunlar da AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdir”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyası 2023/2024 mövsümündə Premyer Liqada iştirak etmək üçün 12 kluba lisenziya verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31