12 May 2024, Bazar günü
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

Şeydayev Reynaldoya çatdı

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu bununla da Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb.
 
O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb.
 
1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013/14 mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.
 
Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31