11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

"Zirə"nin heyətində çempionatda ən çox matça çıxan üçüncü oyunçu oldu

"Zirə" klubunun qapıçısı Anar Nəzirov paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü oyununu keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı qolkiperin yubileyi Premyer Liqanın 34-cü turuna təsadüf edib.
 
O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub. Nəzirov klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Onadək yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.
 
2015-2019-cu illərdə “Zirə”nin formasını geyinən oyunçu 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.
 
Qeyd edək ki, Anar Nəzirov “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib (pfl.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31