11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”nin kapitanı üçün mövsümü bitdi

“Qəbələ”nin kapitanı Asif Məmmədov üçün mövsüm erkən yekunlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı keçirilən matçın ikinci yarısında zədələnən təcrübəli yarımmüdafiəçi bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Bu haqda komandanın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz”la matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib. Baxşıyev digər zədəli Feras Abu Akalın durumuna isə tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib.

Xatırladaq ki, “Turan Tovuz”la matçın 19-cu dəqiqəsində zədələnən Feras Abu Akalın yerinə meydana Asif Məmmədov daxil olub. İkinci hissənin sonuna yaxın isə Məmmədov əzələsini dartaraq meydanı xərəkdə tərk edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31