12 May 2024, Bazar günü
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

Şahin Diniyev: "Hesab oyuna görə deyildi"

"Qarabağ"ı layiqli çempionluğu üçün təbrik edirəm və Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Komanda bacardığı qədər mübarizə apardı. İlk qol vuran qalib gələcəkdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qarabağ"a uduzduqları (0:3) matçdan sonra deyib.

O, matçın gedişində komandasının qol epizodları olduğunu vurğulayıb: "İlk hissədə iki qol epizodumuz oldu. Fasilədən sonra qol buraxdıq və komanda sındı. Bu cür rəqib olanda, geri dönüş çətin olur. Səviyyə öz sözünü dedi. İki standartdan buraxdığımız qollar yerində deyildi. Hesab oyuna görə deyildi. 0:3 darmadağındır, amma oyuna görə deyildi. Fərdi keyfiyyət öz sözünü dedi. Qarşıda iki oyun var və maksimum nəticə üçün meydana çıxacağıq. Ruhdan düşmək lazım deyil, hər şey öz əlimizdədir. Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar".

Diniyevin komandasının I Diviziona düşmək riskləri ilə bağlı da fikirlərini açıqlayıb: "Çalışacağıq ki, uğurlu nəticələr əldə edək və məsələni son tura saxlamayaq. Necə olacağını oyun və zaman göstərəcək. Hər şeyin son tura qalmasını istəmirik, qalsa da, bacardığımızı edəcəyik. İlk gündən demişəm, göstərdiyi oyuna görə, komandamız Premyer Liqadan çıxmağa layiq deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31