12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

Rəşad Sadıqov: “Vəziyyətimiz lap çətinləşdi”

"Hər iki komanda sürətli oyun oynayıb, yaxşı mübarizə aparmağa çalışırdı. Qələbəyə köklənmişdik və qalib gəlmək istəyirdik. Amma alınmadı, həyata keçirə bilmədik. Planlaşdırmadığımız şəkildə növbəti 2 xal itirdik. Buna görə məyusuq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə evdə heç-heçə etdikləri matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, diqqətli olmadıqları üçün qələbə qazana bilmədiklərini bildirib: "Qələbə üçün hücumda dəqiqlik, müdafiədə daha diqqətli oynamaq çatmadı. Qapı dirəyindən qayıdan zərbəmiz, vurduğumuz qolun ələ toxunması... Bütün həftə ərzində əsas təhlil etdiyim rəqibin standart vəziyyətlərdən vurduğu qollar idi. Səhv etmirəmsə 4 və ya 5 qolları var. Bununla bağlı çox danışmışdıq. Hətta oyundan əvvəl də "Turan Tovuz"a buraxdığımız qolu göstərib, təhlil etdik. Bilirdik ki, rəqib bu məqamlarda təhlükəlidir. Amma təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı diqqətə almayıb və belə boşluq yaratdılar. İlk hissənin sonunda qol buraxmağımız qələbəmizə mane oldu".

Sadıqov futbolçusu Vladislav Kulaçın zədələnməinə toxunub: "Əgər hücumda əsas qol silahın zədələnib, meydanı tərk edirsə, bu, böyük itkidir. Həm psxiloji, həm də oyun keyfiyyəti baxımından. Onun kimi təcrübəli oyunçu gəldi, zədələndi. İndi də mövsümün sonunda yenə zədələndi. Ümumiyyətlə, hər dəfə "Kəpəz"lə keçirdiyimiz bütün oyunlarda bir hadisə baş verir".

Təcrübəli mütəxəssis Konfrans Liqasına vəsiqə qazanmaq şansları barədə də danışıb: "Biz bu məsələni müzakirə etmişik və nəzərə almışıq ki, avrokuboklara getməyimiz alınmaya bilər. Müəyyən xal itkilərindən sonra zatən durumumuz çətin idi. Amma yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Bu gün "Kəpəz"i məğlub edib, növbəti turda qarşılaşacağımız rəqibi basqı altında saxlamaq olardı. Amma bu oyunda xal itiririksə, qələbə qazana bilmiriksə, bu rəqibə üstünlük verir. Vəziyyətimiz onsuz da çətin idi, bu xal itkisi lap çətinləşdirdi".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31