10 May 2024, Cümə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

"Qarabağ" və "Qalatasaray" rəhbərliyi İstanbulda görüşdü

Bu gün İstanbulda "Qarabağ" və "Qalatasaray" klubunun rəhbərliyinin görüşü keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, klubun İdarə Heyətinin üzvü, azərbaycanlı Emin İmanov, "Qalatasaray" İş Adamları Dərnəyinin vitse-prezidenti Hakan Sarıoz, "Qarabağ"ın direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və məsul əməkdaşlar Yusif Cəfərov və Vüsal Həsənov iştirak ediblər.

Qeyd edək ki, daha öncə Bakıda "Qarabağ" və "Qalatasaray"ın prezidentləri - Tahir Gözəllə Dursun Özbekin görüşü keçirilib. Görüş "Qalatasaray"ın Bakıda "Qarabağ"la xeyriyyə məqsədi ilə təşkil edilən oyun çərçivəsində baş tutub. D.Özbek mətbuata müsahibəsində gələcəkdə belə bir qardaşlıq matçını Qarabağda da keçirmək istədiklərini söyləyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31