8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Fariz Nəcəfov: "AFFA istəyimizi təmin etdi"

"AFFA istəyimizi təmin etdi".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Klublar Komitəsinin (KK) sədri Fariz Nəcəfov komitənin bu gün keçirilmiş iclası ilə bağlı danışarkən bildirib.

Funksioner daha əvvəlki iclasda bəyanatla çıxış etdiklərini xatırladıb: "AFFA İcraiyyə Komitəsinə və qurumun rəhbərliyinə müraciət etmişdik. Növbəti il dövlət tərəfindən ayrılacaq büdcənin xərclənmə istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün məsələlər müzakirə olundu. Görüşdə iştirak etdiyi üçün Klublar Komitəsi adından milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Bizi dinlədi və öz fikirlərini bildirdi. Verdiyimiz təkliflərin nəzərə alınacağını söz verdi. Hətta bəzilərinin yerindəcə bizim istəyimizə uyğun nizamlanması üçün də göstəriş verdi. Klublara ayrılan vəsaitin legioner futbolçulara xərclənməməsi təklifi irəli sürülürdü. Qərar qəbul olunmasa da, müzakirə mövzusu idi. Bununla bağlı bəyanat verdik. Bizim istəyimiz təmin olundu".

Fariz Nəcəfov bugünkü toplantıda bir daha bir məsələnin həll edildiyini söyləyib: "Ötən il hansısa klub xarici komandalara futbolçu transfer etsəydi, 150 min manat qazanırdı. Əks halda isə həmin vəsait ona ayrılmış məbləğdən kəsilirdi. Belə meyar mövcud idi. Həmin meyarı isə iki klubdan başqa heç biri yerinə yetirməmişdi. Əslində, qərar natamam idi. Boşluqlar da həddindən artıq çox idi. Rövnəq müəllim də bizimlə razılaşdı. Məbləğin hansısa şəkildə klublara geri qaytarılacağı bildirildi. Qərar qəbul olunmadan bu barədə ətraflı danışa bilmərəm. Klublar Komitəsi olaraq görüşdən razı qaldıq. Bizə sirayət edəcək qərarlar qəbul olunanda klubların dinlənilməsini xahiş etdik".

Fariz Nəcəfov "Premyer Liqada komanda sayının artırılması ilə bağlı müzakirə oldumu" sualını da cavablandırıb: "Bu məsələ müzakirə mövzusu deyildi. Klublar Komitəsinə aid olmadığı üçün gündəlikdə yox idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31