8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Tərlan Əhmədov: "Kəpəz" ev oyununu niyə başqa meydanda keçirməlidır?"

"Çalışırdıq ki, uğurlu çıxışımızın davamını gətirək. "Qarabağ"ın gücünü, səviyyəsini bilirdik. Buna rəğmən oyunumuzu diqtə edib, azı bir xalı aparmaq istəyirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 29-cu turunda bu gün "Qarabağ"la keçirilən səfər  oyunundan sonra mətbuat konfransında deyib.

O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Sanki bəzi oyunçular rəqibin adından ehtiyatlanırdı. Komanda səhvsiz oynamağa çalışırdı. Penalti olmasaydı, oyun fərqli ola bilərdi. Qırılma anı bu idi. Səhvlər ardıcıl baş verdi və nəticə belə oldu. "Qarabağ"dan çəkinmədik. Komandamın oyunu məni sevindirdi. Növbəti görüşlərə daha yaxşı hazırlaşacağıq. Premyer Liqada qalmaq istəyirik. Rəqiblərimizlə ağır oyunlarımız olacaq. "Qarabağ" kimi komandaya qarşı ikinci qolu buraxanda psixoloji düşmə olur. Komanda nəyəsə nail olmağa çalışırdı. Məğlubiyyət qaçılmaz idi. "Qarabağ"a uduzmaq olar, əsas öz rəqiblərimizlə oyunlarda qalib gələk".

T.Əhmədov penalti epizodu ilə bağlı da danışıb: "Hakimə irad tutmaq düzgün deyil. "Qarabağ" kimi komanda rəqibi səhv etməyə vadar edir. "Neftçi" ilə oyuna fərqli heyətlə çıxmışdıq. Bəzi oyunçularımız vərəqə limitində idi və bu səbəbdən əsas heyətdə başlamadılar. "Qarabağ" çempionluq yolunda liderdir. Elə səviyyədədirlər ki, istədikləri rəqibi məğlub edə bilərlər. Penalti epizodunda diqqətli olsaydıq, bəlkə belə olmazdı".

O, "Kəpəz"in yenidən ev oyunlarını Gəncədə keçirməyəcəyi ehtimalı haqda deyib: "İstərəm ki, "Kəpəz" hər zaman Gəncədə oynasın. Azərbaycanda "Neftçi" və "Kəpəz" çempionatda öz sözünü deməsə, millinin uğur qazanması çətin olacaq. Gəncə Azərbaycan fubolunun məbədidir. Futbolun özəyini, sevgisini qaytarmalıyıq. Bundan sonra Zaqatalanın, Şirvanın, digər bölgələrin hamısında futbol olsun. Aprelin 15-də "Turan Tovuz"la oyun ola bilsin, "Qəbələ"də olsun. Niyə "Kəpəz" başqa meydançada oynamalıdır? Hər komanda evində daha inamlı olur. İstərdim ki, yeni mövsümdə də "Kəpəz" Gəncədə oynasın".

T.Əhmədov müqaviləsinin uzadılması ilə bağlı danışıqların başlamadığını bildirib: "Hələ Premyer Liqada qalmağımız dəqiqləşməyib. Bizim üçün vacib üç oyun var ki, bunları qazansaq, çempionatda qala bilərik. Hələ rəhbərliklə danışıqlar yoxdur".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31