8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Qurban Qurbanov: "Ayaqüstə qalmağa çalışmalıyıq"

“Yaxşı oyun oldu. Bir az komandanın tam hazır olması hiss olundu. Matça dinamik başladıq. Daha sonra temp aşağı düşdü. Qarşımızda möhkəm komanda var idi. Bu oyun qarşıdakı işimizə faydalı olacaq. Futbolçuların idman formalarını qaytarmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində keçirdiklərin son oyunlardan - "Çukariçki"yə qalib gəldikləri (1:0) və "Poqon"a uduzduqları (2:4) görüşdən sonra açıqlamasında bildirib: 

"Bu gün yaxşı yoruldular. Neçə dəfə əks-hücumda yaxalandıq, özümüzün də təhlükəli hücumlarımız oldu. Çempionata hazırlaşmaq üçün 1 həftəmiz var. İstədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq".

Qurbanov komandada müəyyən sıxıntıların olduğunu deyib: "Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi... Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq".

Qurban Qurbanov kluba yeni futbolçu transfer etmək niyyətində olduqlarını da bildirib. O, qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun zədələnməsindən sonra transfer bazarında ciddi axtarışlar apardıqlarını deyib: "Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən-birə belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik".

Mütəxəssis yarımmüdafiəçi Qaspar Panaderonun əvəzedici komandaya göndərilməsinə də toxunub. O, futbolçunun əsas komandaya qayıtmayacağını bildirib: "Qasparın klubla müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31