8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Elmar Baxşıyev: “Bir mövqeni mütləq gücləndirməliyik”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Teplitse”yə (Çexiya) 1:2 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, o, ümumilikdə komandasından razı olduğunu deyib: 

“Toplanış çərçivəsində son oyunumuz idi. Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Təlim-məşq toplanışı planımıza uyğun keçdi. Ən əsası isə hazırlıq prosesini zədələrsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük. Ümumilikdə komandadan razıyam. Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz Premyer Liqanın qarşıdakı görüşünə yönələcək. Hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb. Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir. Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31