2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Regekampf: “Qarabağ”la oyunda “Neftçi”nin hansı səviyyədə olacağını görəcəyik”

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Digi Sport" nəşrinə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis Azərbaycandakı geridə qalan 3 aylıq karyerası barədə danışıb.

- Bu, sizin ilk xarici təcrübəniz deyil. Azərbaycanı Rumıniya və Fars körfəzi ilə (Rege Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikıərində işləyib) necə müqayisə edərdiniz?

- Bu, xoş təcrübədir. Təəssüf ki, komandanı Konfrans Liqasına daha yaxşı hazırlamaq üçün yetərincə vaxtım olmadı. Baxmayaraq ki, biz daha yüksək reytinqli komandaya uduzduq, bununla belə, fakt odur ki, mübarizəni dayandırdıq. Hələlik Azərbaycan futbolu haqda çox şey deyə bilmərəm. Amma hər çempionatın özünəməxsus gözəlliyi var. Və bu cür təcrübə məni cəlb edir.

- Komandada işlərinizin gedişi sizi qane edirmi? "Neftçi" ikinci yeri tutur və “Qarabağ”la eyni xala malikdir. Növbəti turda titul uğrunda məhz əsas rəqibinizlə qarşılaşacaqsınız.

- Hələlik bəzi səhvlərə yol verilsə də, yaxşı gedirik. Bəli, qarşıda “Qarabağ”la oyun var. Bu, hər baxımdan xüsusi matç olacaq. Onlarla görüş əsl derbidir. "Qarabağ"la oyunda komandamızın hansı səviyyədə olacağını görəcəyik. Həmin görüşə çoxlu tamaşaçı gələcək və çox stresli bir qarşılaşma olacaq. Qələbə qazanacağımıza ümid edirəm.

- Rumıniya futbolu Bakıda necə görünür?

- Bizi burada xüsusi qiymətləndirirlər. Çünki bir çox rumın Azərbaycanda oynayıb və məşqçilik edib (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31