4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Arda Turan karyerasını başa vurdu

Türkiyə millisinin sabiq üzvü Arda Turan futbolçu karyerasını başa vurduğunu elan edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə səhifəsində açıqlama yayıb.

“Artıq gözyaşları içində, amma cəsarətlə butsları divardan asmağın vaxtı gəldi. Bütün karyeram boyu əlimdən gələn ən yaxşı şeyləri etməyə çalışdım. Və məncə, pis alınmadı. Yenidən hazıram. Futbolun içində, artıq meydandan kənarda yenidən görüşənədək”, - deyə o bildirib.

A.Turan karyerasını 35 yaşında başa vurub. O, peşəkar futbolçu kimi “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-22-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyənin əsas milli komandasında 100 oyunda meydana çıxıb, 17 qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31