4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatdı

“Qarabağ” Misli Premyer Liqasının VI turunda “Sabah”a 4:3 hesabı ilə qalib gəlib. 

Futbolxeber.az saytının məlumatına görə, bununla da Qurban Qurbanovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb. 

Ağdam klubu sonuncu dəfə ötən mövsümdə - 2021-ci il oktyabrın 25-də “Səbail”lə səfər qarşılaşmasında uduzub - 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.

Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə “25”ə çatıb.
Qurbanovun komandası 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.

9 ildən sonra “Qarabağ” öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də “Qəbələ” ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn Qurbanovun komandası sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31