4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Tarixin 4-cüsü

“Sumqayıt” Azərbaycan Premyer Liqasında ilk qolunu vurub. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Aleksey Baqanın yetirmələri VI turun “Şamaxı” ilə ev oyununda fərqlənib. Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.

İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)

1. AZAL (2015/16 mövsümü) - 540-cı dəqiqə, Aleksandr Qurulu, “Sumqayıt”la oyun - 1:1

2. “Xəzər” Lənkəran (1992 mövsümü) - 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun - 2:1

3. “Göyəzən” (2004/05 mövsümü) - 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun - 2:4

4. “Sumqayıt” (2022/23 mövsümü) - 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun - 1:1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31