8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Qarabağ”ın “Viktoriya” ilə oyunlarını izləmişəm, bizə rəqib olmalarını istəməzdim”

Çexiya millisinin və “Olimpiakos”un (Yunanıstan) qapıçısı Tomaş Vatslik komandasının mübarizə aparacağı Avropa Liqasının qrup mərhələsi ilə bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, çex futbolçu feysbuk səhifəsində komandasının bu mövsüm avrokuboklardakı çıxışından bəhs edib. O, Pirey təmsilçisinin Çempionlar Liqasının üçüncü mərhələsində mübarizəni dayandırmasından təəssüflə və ətraflı bəhs edib.

Yunan klubu Avroliqanın G qrupunda “Frayburq” (Almaniya), “Qarabağ” (Azərbaycan) və “Nant”la (Fransa) mübarizə aparacaq.

“Düzü, ilk əvvəl Avroliqada oynamaq bizim arzumuz deyildi. Amma təsnifat mərhələlərindəki matçlarımızdan sonra bu yarışda oynadığımıza sevinməliyik. Biz “Frayburq”, “Nant” və “Qarabağ”la mübarizə aparacağıq. Sonuncuların Plzenlə (“Viktoriya” - red.) oyunlarını izləmişəm. Bizə rəqib olmalarını istəməzdim. 

Avqustda daxili liqalara start verilib və biz artıq iki oyun keçirmişik. Hər il olduğu kimi, biz titulumuzu qorumaq və ötən mövsüm sahib ola bilmədiyimiz ölkə kubokunu qazanmaq istəyirik.  İnanıram ki, yeni baş məşqçimizin rəhbərliyi altında biz buna nail olacağıq”, - deyə Tomaş Vatslik bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31