2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Rapid"in baş məşqçisi: "Əminəm ki, "Neftçi" ilə oyunda da hər şey yaxşı olacaq"

"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer yerli çempionatda "Austria"ya (Lustenyau) qarşı keçirdikləri matçı şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, 1:1 hesabıyla başa çatan matça bağlı danışarkən qısaca olaraq "Neftçi" ilə qarşıdan gələn görüş haqda da fikir bildirib:

"Neftçi" ilə çətin oyundan və uzun səfərdən sonra layiqli performan sərgilədik. Bakı səfəri bəhanə deyil, amma ümumilikdə bu matçda pis çıxış etmədik. Gərgin həftə keçirdik. Bundan sonra əminəm ki, Konfrans Liqasında "Neftçi" ilə oyunda da hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Neftçi" Bakıdakı ilk matçda Avstriya klubunu 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 11-də Vyanada olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31