8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Bakı" və “Lans” arasında əməkdaşlıq müqaviləsi imzalandı

“Bakı” və “Lans” arasında işbirliyi yeni müstəviyə qədəm qoymaqdadır. Futbolxeber.az-ın məlumatına görə, bu işlərin məntiqi davamı olaraq Parisdə klublar arasında əməkdaşlıq sazişi imzalanıb. Fransanın paytaxtında keçirilən ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycanın idman sektorunu təmsil edən "Bakı"nın "Lans"la əməkdaşlıq müqaviləsinin imza törəninin, məhz, bu məkanda baş tutması da təsadüfi deyil. Tədbiri Azərbaycanın Fransadakı səfirinin müşaviri Elmar Məmmədov açıb. Cənab Məmmədov Azərbaycan və Fransanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirərək, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını ifadə etdi. "Bakı" futbol klubunun bu baxımdan önəmli müqavilə imzalamasını yüksək dəyərləndirən diplomat əməkdaşlığın xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirdi.

Ardından söz alan “Bakı” futbol klubunun icraçı-direktoru Yaşar Seyidov azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışının ölkə üçün xüsusi önəmini və gələcəkdə onların müxtəlif yaş qruplarından ibarət yığmaya da fayda verəcəyini diqqətə çatdırdı.

“Lans” klubunun prezidenti Jerve Martel çıxışı zamanı bu yöndə “Bakı"ya dəstək veriləcəyini və bunun hər iki ölkə futbolu üçün vacibliyini vurğuladı. Həmçinin, o, bu günlərdə UEFA prezidenti Mişel Platininin Bakıya səfərinə diqqət ayıraraq Azərbaycanda futbolun inkişafına ciddi önəm verildiyini ifadə etdi.

Daha sonra "Bakı" və "Lans" klubları arasında əməkdaşlıq sazişinin imzalandı. Sonda klub rəsmiləri və futbolçular xatirə şəkli çəkdirdi.

Sonda onu da əlavə edək ki, təntənəli imzaetmə mərasimində Fransa futbolunun ulduz futbolçuları Jan Pyer-Papen, Olivye Dakurla yanaşı veteran futbolçumuz, olimpiya çempionu İqor Ponomoryov da iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31