3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qəbələ"dən UEFA Gənclər Liqasında dördüncü start

Sabah “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələnin ilk matçına çıxacaq. U-19 Niderland təmsilçisi “Alkmaar”la görüşəcək.

AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan Famil Xəlilovun komandası ilk matçı evdə keçirəcək. Görüş Qəbələ şəhər stadionunda olacaq.

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/17 mövsümündə “Dinamo” (Moskva, Rusiya) səddini keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/19 mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb. 2019/20 mövsümündə APOEL-lə (Kipr) qarşılaşan (1:1, 0:1) "Qəbələ"nin ötən il Şimali Makedoniya “Şkendiya”sı qarşılaşması mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) - “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31