3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qəbələ" - "Səbail": 18-ci oyun

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.

Futbolxeber.az-ın "Qəbələ"nin saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ev qarşılaşmasını Qəbələ şəhər stadionunda keçirəcək.

Bu, iki komanda arasında 18-ci matç olacaq. Əvvəlki 17 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 qələbəsi olan “Qəbələ” 5 görüşdən sülhlə ayrılıb. Komanda 4 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb - 29:18. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.

“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 24 qol vuran “Qəbələ” 16 top buraxıb.

“Qəbələ” 9-cu dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək komanda evdəki 8 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 15 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Səbail” matçı saat 17:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31