2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Keşlə”dən iki qol buraxmağımızdan məmnun deyiləm”

"Qollar buraxdığımız epizodlar istisna olmaqla, matçı əvvəldən sona qədər idarə etdik. "Keşlə"nin yarımmüdafiəçisi Felipe Santos yaxşı iş gördü, komandanın yarısını məğlub etdi və qol vurdu. Süni meydançada oynadığımızı xatırlatmaq istərdim. Əlbəttə, iki qol buraxmağımızdan məmnun deyiləm. Ancaq ümumilikdə çox iş gördük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Soçi"nin baş məşqçisi Vladimir Fedotov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"yə 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Yekun zərbəni vurmaq çatmırdı. Rəqibə çox iradə və oynamaq üçün imkan verdik. Ancaq yenə də qollar vurmağı bacardıq və layiqli qələbə qazandıq" - deyə o bildirib.

V.Fedotov söyləyib ki, "Keşlə"nin mübariz komanda formalaşdırdığına şübhəsi yoxdur: "Bu klubdan çox oyunçunun getdiyi, yenilərinin gəldiyi aydındır. "Keşlə"nin hücum və müdafiə arasında hələ balansı yoxdur. Oynamaq üçün vaxt lazımdır. Amma "Keşlə"yə qarşı oynamaq bizim üçün çətin idi. Təbii ki, qələbə bizi ruhlandırdı. Bundan sonra bərpa olunmaq daha asan olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31