8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Neftçi”yə hörmətimiz var”

“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edir və özümüzü sabahkı qarşılaşmaya hərtərəfli hazır sayırıq. Gündən-günə yaxşı vəziyyətdə olduğumuzu və xüsusən, fiziki cəhətdən hazır duruma gəldiyimizi bildiririk”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis bildirib ki, azarkeşlərin tribunalara bir ildən sonra qayıdışına sevinirlər: "İnanırıq ki, onların bizə köməkləri dəyəcək. Biz də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

41 yaşlı baş məşqçi "Neftçi"ni diqqətlə yanaşdıqlarını söyləyib: "Rəqibin futbolçuları güclüdürlər və onlara hörmətimiz var. Universal futbolçulara malikdirlər. Amma biz daha çox öz oyunumuza diqqət yetiririk" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31