3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadıqov: “14-15 avqusta lazımi formanı yığa biləcəyik”

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun "Qəbələ"yə qarşı keçirilən yoxlama oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, 3:0 hesablı qələbəni belə şərh edib:

"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq.

Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi kompanentləri yaxşılaşdırıdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidi. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah 14-15 avqusta lazımi formanı yığa biləcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31