3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində irəlilədi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib.

"Neftçi"nin 1-ci təsnifat mərhələsində evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə birgünlük fasilədən sonra 29-cu pillədən yenidən 28-ci pilləyə qayıdıb.

Hazırda Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.

Qeyd edək ki, bu mövsüm başlayarkən ölkəmiz UEFA reytinqində 26-cı olub.

UEFA Konfrans Liqasındakı təmslçilərimiz mübarizəyə gələn həftə başlayacaqlar. "Neftçi" ilə yanaşı onların da çıxışlarından asılı olaraq, reytinqimizdə növbəti dəyişikliklər baş verəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31