3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Olimpiakos” - “Neftçi” oyunu portuqaliyalılara tapşırıldı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək “Olimpiakos” - “Neftçi” matçının təyinatları açıqlanıb.

Futbolxeber.az-ın “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.

UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-i “Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31