7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"ə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

AFFA Operativ Qərargahdan razılıq aldı: Azarkeşlər avrokubok oyunlarına buraxılacaqlar

Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Futbolxeber.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.

Xatırladaq ki, ölkəmizi cari mövsüm “Neftçi” Çempionlar Liqasında, “Qaranağ”, “Sumqayıt” və “Keşlə” isə Konfrans Liqasında təmsil edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31