8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Mahir Emreli: "Sanki həmişə "Legiya"da olmuşam"

"Mənə elə gəlir ki, sanki həmişə burda olmuşam. Bəlkə də "Legiya"da uğurlu starta məhz bu amil səbəb olub".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Legiya”da çıxış edən millimizin üzvü Mahir Emreli deyib.

24 yaşlı hücumçu Polşanın "Super Ekspress" nəşrinə açıqlamasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah “Bodo Qlimt”lə keçiriləcək görüş haqda danışıb:  “Hazırlığımızı avrokuboklara əsasən aparmışıq. İndi yoxlama oyunlarındakı formamızı burada göstərməliyik. “Bodo Qlimt” sürətli və dinamik oyuna üstünlük verən komandadır. Onlar topla oynamağı sevir, yaxşı əks-hücumlar qurur. Norveç çempionu yaxşı komandadır. Əgər “Legiya” uğur qazanmaq istəyirsə, heç kimdən qorxmamalıdır. Rəqibin gücünü qiymətləndirirəm. Onlar böyük üstünlüklə, çox sayda qol vurmaqla Norveç çempionu olublar. Amma “Legiya” da güclüdür. Avropa çempionatı göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrə və ya Danimarkanın nələr etdiyinə baxmaq kifayətdir. Fransa və Almaniya kimi nəhənglər isə turnirlə vidalaşdı”.

"Legiya"nın yoxlama oyunlarında 6 qol vuran Emreli bu görüşləri unutmalı olduğunu və Çempionlar Liqasında uğur qazanmaq üçün çalışacaqlarını bildirib: "Belə uğuruma görə şadam. Məşqçi ilə ünsiyyətim də yaxşıdır. O mənimlə rusca danışır. Amma yoxlama oyunları çempionat və avrokubok matçlarından fərqlənir. Həmin matçlar artıq arxada qalıb və onların unutmaq lazımdır”.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Bude-Qlimt" - "Legiya" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31