5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

İmişlidə futbol festivalı keçirilib

AFFA və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə İmişli Olimpiya İdman Kompleksində 11-14 yaş arası 50-dən çox uşaq üçün ustad dərsləri təşkil olunub.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, RİİB-in “Kiçik çempionlar” adlı idman layihəsi çərçivəsində həyata keçirilən tədbirdə uşaqlar müəyyən kriteriyalar üzrə futbol təmrinləri yerinə yetirib, Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə ilə birlikdə futbol oynayıb, müəyyən fəndlər yerinə yetiriblər.

Fərqlənən iştirakçılara AFFA tərəfindən hədiyyələr, ümumilikdə isə bütün iştirakçılara RİİB tərəfindən sertifikat və medallar təqdim olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31