5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Konfrans Liqası: “Sumqayıt”, “Keşlə” və “Qarabağ”ın rəqibləri müəyyənləşdi

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçilərimizdən "Sumqayıt" Serbiyanın "Çukariçki"nə rəqib olub.

Ölkə kubokunun qalibi "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.

“Qarabağ” bu mərhələdə İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Ağdam klubu ilk oyununu evdə keçirəcək

"Neftçi"nin də Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. "Ağ-qaralar" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək. Bu, baş versə, "Neftçi" ilk oyunu Bakıda keçiricək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31