5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Qurban Qurbanov: “Aşdod” bizə tanış deyil”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mərhələdə İsrailin "Aşdod" komandası ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı deyib:

"UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan yarışa tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31