5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Elxan Məmmədov: “Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək”

"Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, dilimiz eynidir. Bu səbəbdən bir-birimizi başa düşürük. Bu da böyük üstünlükdür".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin A qrupunda bu gün Bakıda keçiriləcək Uels - Türkiyə oyunu barədə danışarkən deyib.

O, Fransanın AFP agentliyinə açıqlamasında Azərbaycan və Türkiyənin qardaş ölkə olmasını xatırladıb: "Bugünkü matçda azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandır, çünki birbaşa uçuşlar var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın daha bir sübutudur. AFFA və Türkiyə Futbol Federasiyası Avro-2020-nin püşkatması zamanı da Türkiyə yığmasının oyunlarının Bakıya düşməsinə çox sevinib".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31