5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Qarabağ"da daha 5 nəfərdə koronavirus aşkarlandı

"Qarabağ"ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan (1:1) geri döndükdən sonra komanda Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

Testin nəticələrinə görə, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada COVİD-19 aşkarlanıb.

Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq, Bakıya qayıdıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31