4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ayxan Abbasov: "Belə getsə, gələn turdan dayanacağıq"

"Bu gün acınacaqlı durumdayıq. Bəziləri meydana xəstə, qızdırmalı vəziyyətdə çıxdı. Test veririk, neqativ çıxır. Amma futbolçuda qızdırma olur. Belə getsə, gələn turdan dayanacağıq. Oyunçu qıtlığı çəkirik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis çempionatın davam etdirilməsinin tərəfdarı olduğunu, amma koronavirusla bağlı vəziyyəti anlaya bilmədiyini söyləyib: "Hazırda futbolçuların 70 faizində koronavirus var. Vəziyyət çox pisdir. Qarşıdakı tur "Zirə" ilə oyuna nə vəziyyətdə çıxacağımızı bilmirik. PFL deyir ki, heyətdə 7 futbolçuda koronavirus olmalıdır ki, oyun təxirə salınsın. Neyləyək, 7 futbolçunu haradan tapaq? 11 futbolçunu necə olsa, tapıb meydana çıxmalıyıq. Həftə ərzində bir cür hazırlaşırsan, amma sonra görürsən ki, futbolçuların səhhətində problemlər var. Bu gün məcbur olub 4 cür heyət qurmuşam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31