2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Səbail"in legioneri: "İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik"

"Nəticələr və komandanın çıxışından məmnunam. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik. Komanda özünü daha yaxşı hiss edir. Ən vacib olan öz oyunumuzu tapmağa başlayırıq. İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik və fikrimiz oyunumuzu yaxşılaşdırmağa davam etməkdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in qapıçısı Nikolas Hagen komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

24 yaşlı qolkiper öz oyunu haqda da danışıb: "Tədricən mövqeyimi gücləndirirəm. Baş məşqçinin və komanda yoldaşlarımın etimadını qazandığımı hiss edirəm. Qarşılıqlı anlaşma inkişaf edir və daha kompakt şəkildə müdafiə olunuruq".

Qvatemalalı qapıçı bildirib ki, oyunu yaxşılaşdırmaq üçün eyni düşüncə tərzi ilə davam edir: "Komandama kömək üçün əlavə məşq etməli, hazırlıq prosesində daha çox vaxt keçirməliyəm. Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm".

Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümün əvvəlindən "Səbail"də oynayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31