8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

De Byazi: “Sabah çalışacağıq ki, məğlubiyyəti unutduraq”

“Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq. Sabah çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq”.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi Millətlər Liqasının IV turu çərçivəsində sabah Kiprə qarı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdə məcburiyyətdən dəyişikliklər edəcəyini bildirib: “Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin, digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra məlum olacaq. Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. Oyun sisteminda hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31