8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Monteneqro məğlubedilməz deyil”

“Bilirəm, ölkə olaraq çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi situasiyadır. Sabahkı oyuna maksimum konsentrasiya olacağıq. Qrup lideri olmaq istəyiriksə, mütləq qalib gəlməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məqçisi Canni de Byazi sabah Millətlər Liqasının III turu çərçivəsində sabah səfərdə Monteneqroya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasına inandığını bildirib: “Qrupda yer alan komandalar reytinqdə bizdən üstün olsalar da, inanıram ki, komandam yaxşı oyun göstərəcək və lazım olan nəticəni qazanacaq”.

De Byazi Monteneqro yığmasını belə dəyərləndirib: “Rəqib haqda onu deyə bilərəm ki, geniş heyətə malikdir. Bir çox oyunçuları legioner həyatı yaşayır. Həm gənc, həm də təcrübəli futbolçulardan təşkil olunub. Oyunlarını yaxşı analiz etmişik. İki oyunda qalib gəlsələr də, bu o demək deyil ki, məğlubedilməzdirlər. Sabah kim az səhv etsə, o da qalib gələcək”.

Təcrübəli mütəxəssis vurğulayıb ki, komandası qalib gəlməklə ordumuza dəstək ola bilər: “Bütün futbolçular ölkədə baş verən hadisələr barədə düşünür. Belə demək mümkünsə, hamısı bir qədər narahatdır. İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir. Bütün dünyanın diqqəti bu oyunda olacaq. Futbolçular qələbə qazanmaqla əsgərlərə dəstək ola bilərlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31