Ölkə futbolu
Füzuli Məmmədov: “Can qardaşlarımızdır, amma meydana qələbə üçün çıxacağıq”
"Komandada ümumi vəziyyət normaldır. Bilirsiniz ki, bəzi oyunçularımız milli komandadadır. Digərləri isə bizimlə məşqdədirlər".
Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov bugünkü açıq məşqdən öncə keçirdiyi brifinqdə deyib.
43 yaşlı mütəxəssis bildirib ki, oyunçu sayını çoxaltmaq üçün əvəzedici komandadan bəzi gənc futbolçular əsas heyətə cəlb edilib: "Məşqlərdə bizə kömək etmələrini istəyirik. Ümumilikdə hər şey qaydasındadır. Zədəlilərimiz yoxdur. "Sumqayıt"la qarşıdakı oyuna hazırlaşırıq".
O daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçuların millinin düşərgəsində olmasının "Neftçi"yə mənfi təsiri ola bilərmi?
- Xeyr. Orada da hazırlaşırlar. Qarşıda yığmanın oyunları var. Düşünürəm ki, heç bir təsiri olmayacaq.
- Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə yoxlama matçı keçirəcəksiniz?
- Açığı, belə bir fikrimiz var idi. Sadəcə planımıza uyğun gəlmədiyi üçün ikitərəfli görüşlə toplanışı yekunlaşdıracağıq.
- Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Hazırda bütün fikrimiz "Sumqayıt"la qarşıdakı oyundadır. Bu matça hazırlaşırıq. "Qalatasaray"la görüşə gəlincə, indi bu barədə düşünmürük.
- Futbolçularda həyəcan varmı?
- Elə bir həyəcan hiss etmirəm. "Qalatasaray" qardaş ölkənin komandasıdır. Türkiyənin ən güclü klublarından biridir. Həyəcanlı deyilik. Çünki qarşıda hələ "Sumqayıt"la oyunumuz var. Bütün futbolçularla bu barədə danışmışıq. Başımızı aşağı salıb "Sumqayıt"la matça hazırlaşırıq.
- Futbolçularınızı qorumaq üçün "Sumqayıt"la matçda hansısa dəyişiklik edə bilərsinizmi?
- "Sumqayıt"la oyunda elə ciddi dəyişiklik olacağını düşünmürəm. Çünki hazırda əlimizdə o qədər futbolçu yoxdur ki, əsas heyət üzvlərinə istirahət verək. Maksimum 1-2 dəyişiklik ola bilər.
- Demişdiniz, yeni transfer gələcək. Həmin futbolçu "Sumqayıt"la oyunadək heyətdə olacaqmı?
- İndi bu barədə sizə tam dəqiq söz deyə bilmərəm. Düşünürəm ki, "Qalatasaray"la matça kimi yeni transfer olacaq.
- Kamran Quliyev "A Spor" telekanalına müsahibəsində deyib ki, Türkiyə klubları "Neftçi"nin 2 futbolçusu ilə maraqlanır. Onların adlarını açıqlaya bilərsinizmi?
- Mən bu barədə açıqlama vermək istəmirəm.
- "Qalatasaray" dünən yoxlama matçı keçirdi. Yəqin ki, oyunu izlədiniz. Rəqib hansı planda diqqətinizi daha çox çəkdi?
- "Qalatasaray"lı futbolçuların fərdi keyfiyyətləri, təcrübələri barədə çox danışmağa ehtiyac yoxdur. Onları bütün dünya tanıyır. Bəli, qardaş ölkədir, can qardaşlarımızdır. Amma biz meydana qələbə üçün çıxacağıq.
- Sizcə, "Neftçi"nin şansı neçə faizdir?
- Mənim üçün 100 faiz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu