19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Bir dəfə bara getdik, Qurban Qurbanov dərhal xəbər tutdu"

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, ölkəsinin "Visla" (Plotsk) klubuna keçən polşalı müdafiəçi Yakub Jezniçak Polşanın "weszlo.com" saytına geniş müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubundakı karyerasını xatırlayan 32 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.
 
- Bakıda başınız dinc idi?
 
- Hə, orada demək olar ki, qeybət portalları yoxdu. Əlbəttə, sarışın olduğum üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Yəqin ki, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra olanları siz də görmüsünüz. Azarkeşlər onlarla şəkil çəkdirməyim üçün çox israr etmişdilər. Təbii ki, hər şey qarşılıqlı hörmət əsasında olmuşdu. Məsələn, Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, market və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki tam sakitlikdi. Heç kim onları narahat etməyəcək.
 
- Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərsiniz və baş məşqçinin bundan xəbəri olmaz...
 
- Qurban Qurbanovun futbolçular üzərində ciddi nəzarəti var idi. Ona görə də bu barədə danışmasaq, yaxşıdı (gülür). "Qarabağ"da Mahir Mədətov adlı istedadlı futbolçu var. Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə təlim-məşq bazasında keçirib.
 
- Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?
 
- Bir dəfə ötən ilin yazında bara getmişdik. Dərhal  xəbəri olmuşdu. Yadımdadı, oyundan sonra bizə demişdi ki, gecə hamı evində olmalıdı. Şoka düşmüşdüm. Hələ bu harasıdı ki? Bir dəfə gecəyarı komanda istirahətdə olanda "Votsap"dakı qrupa yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Hamımız gülüş işarəsi göndərdik. Bir qədər sonra isə hərə qrupa bir şəkil atdı: Gerye Haitidən, mən isə Varşavadan. Ancaq bu hadisə bircə dəfə oldu. Sonra biz böyük insanlar olduğumuzu və bu yanaşmanın bir az sərt olduğunu söylədik. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim.
 
- Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik. Mükafatlar necə verilirdi?
 
- Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Qurbanov düşünürdü ki, bunun sayəsində biz meydana daha istəkli çıxacağıq.
 
- Bəs Azərbaycanda fan-klublar necədi?
 
- Rəqabət demək olar ki, yoxdu. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib.
 
- Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Səhv etmirəmsə, ən uzaq səfəriniz Qəbələyə olurdu...
 
- Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Ötən mövsüm "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.
 
- Özünüzü 300-500 nəfərin gəldiyi oyunlara motivasiya etmək çətin olmurdu?
 
- Liqaya uyğunlaşmaq çox çətin oldu. Ancaq avrokuboklarda  50 min nəfərin qarşısında oynayırdıq. Qışdan sonra isə azarkeşlər oyuna gəlmirdi. Sanki tətildə olurduq (gülür).
 
- "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız...
 
- Ötən il də belə olmuşdu. Qış fasiləsindən sonra cəmi 2 oyunda meydana çıxmışdım. Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Onlar əsasən müdafiəçilər idi. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Aydın məsələdir ki, baş məşqçilər əsasən ön xətdə oyunu öz üzərinə götürə bilən futbolçulara üstünlük verirlər. "Qarabağ"dan ayırlmaq mənim üçün gözlənilməz olmadı. Çünki oynamırdım. Buna görə təəssüflənmirəm. Sona qədər gözlədim. Adətən mövsümün sonunda yeni müqavilə təklif edirdilər. Bu dəfə isə dedilər ki, başqa mərkəz müdafiəçisi gətirmək istəmirlər. Üç azərbaycanlı oyunçu ilə avrokuboklarda uğur qazanacaqlar. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31