8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Qarabağ"ın futbolçusu mükafatlandırıldı

"Qarabağ"ın futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi vətəni Haitidə həmyerliləri Mateo Filipp Koulz və Redondo El Prinsip Riçardla birgə Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyi tərəfindən təltif edilib.
 
Çapar Koulz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Haitiyə tarixi qızıl medal qazandırıb. Riçard isə amputasiyalı futbolçular arasında Meksikada keçirilmiş dünya çempionatının bombardiri olub.
 
Hər üç idmançı ölkəni dünyada layiqincə təmsil etmiş səfirlər kimi mükafatlandırılıblar. Onları əvvəlcə Haiti prezidenti Jovenel Moiz qəbul edib.
 
Daha sonra şərəflərinə təntənəli mərasim təşkil olunub. Haitili idmançılar fəxri diplomlarla mükafatlandırılıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31