8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Tərlan Əhmədov: "Kubokda səhvlər bağışlanmır"

"Kubokda səhvlər bağışlanmır. Hər iki hissədə maraqlı oyun izlədik. Mərhələ keçməsək də, komandamdan razı qaldım".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 finalının "Qarabağ"la cavab oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
 
O, mərhələni keçə bilmədiklərinə baxmayaraq, komandasının tədricən inkişaf etdiyini bildirib:"Oyunumuz məni qane edir. Tam istədiyim kimi çıxış etdik. Əlbəttə, məni narahat edən məqamlar da var. Hər iki hissənin başlanğıcında qollar buraxırıq. Görüləcək işlərimiz çoxdur. Komanda indi özünə gəlməkdədir. Ayyarımdır burdayam, hər şeyi bu müddətdə dəyişmək olmur. Komandanın təməlində problemlər vardı. Bunları həll etdik. Qarşıda 14 tur var, çox şey dəyişəcək. Elitada qalmağı yox, daha üst pillələrdə qərarlaşmağı düşünürük".
 
T.Əhmədov 6 futbolçu ilə yollarını ayıracaqlarını söyləyib: "Siyahı bəllidir. Təxminən 6 futbolçu göndəriləcək. Sabah açıqlanacaq. Maraqlandığımız oyunçular da var".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31