19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Azarkeşə hücum etmək olar, erməniyə yox? (QEYD)

“Qarabağ” dünən Avroliqada növbəti, cari mövsümdə sonuncu oyununa çıxdı. Ağdam klubu səfərdə “Arsenal”a 0:1 hesabı ilə uduzdu. Matçın sonunda yaşanan xoşagəlməz hadisə görüşün nəticəsini kölgədə qoydu. Söhbət meydana daxil olan azarkeşlərdən birinin əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçmasından gedir.

İllərdi dığaların buna bənzər təxribatlarına öyrəncəliyik. 2015-ci ilin noyabrında “Qəbələ” Dortmundda “Borussiya” ilə qarşılaşırdı. Hazırda “Arsenal”ın formasını geyən (təsadüfə bax) Henrik Mxitaryan həmin vaxt məhz Dortmund klubunda çıxış edirdi. Matçın keçirildiyi “Siqnul-İduna-park”da bir neçə erməni bayrağı qaldırılmışdı. Görüşdən sonra bəndəniz Henrikə “Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?” sualını ünvanlayanda, erməni futbolçunun cavabı belə olmuşdu: “Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə “Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünkü oyun üçün də gələnlər var idi”.

Dünən yaşananlar da növbəti erməni təxribatı idi. Xoşagəlməz hadisənin xoşagəlməyən bir tərəfi də “Qarabağ”ın və millimizin üzvü Araz Abdullayevin anlaşılmayan soyuqqanlığıdır. Halbuki “Qarabağ”ın kapitanı Rəşad Sadıqov hadisə yerinə Arazdan uzaq olsa da, dığaların bayrağını görərkən dərhal ona tərəf qaçır. Sadıqov matçdan sonra verdiyi açıqlama deyib: “Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik".

Bir tərəfdə Rəşad, bir tərəfdə Araz. Rəşadın vətənpərvərliyi hamımıza məlumdur. Kapitan hələ illər öncə “Pünik”lə oyundan sonra dığaların kapitanını nokauta göndərməklə təkcə oyunu deyil, həm də vətənpərvərliyi ilə milyonların könlünü qazanmışdı.

Amma təəssüf ki, Araz Abdullayev erməni təxribatına bu cür biganə yanaşdı. Bayaq sosial şəbəkədə oxuyuram ki, bəziləri Arazı müdafiə edir, hətta “nə etməliydi, erməninin üstünə orda hücum çəkməli idi” deyənlər də var. Bilməyənlər, unudanlar 2015-ci ilin avqustunu, “İnter” (indiki “Keşlə”) - “Neftçi” oyununu yadlarına salsınlar. Həmin vaxt komandanın ardıcıl uğursuz nəticələrindən bezən “Neftçi” azarkeşlərindən biri meydana daxil olmuşdu. Araz Abdullayev isə azarkeşin başından tutaraq onu vurmaq istəmişdi. Yalnız "Neftçi”li Erik Ramos, “ağ-qaralar”ın sabiq üzvü Mirhüseyn Seyidov, "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadənin müdaxiləsindən sonra azarkeşlə futbolçunu aralamaq mümkün olmuşdu. İndi Arazı müdafiə edənlərə sualım var: “Azarkeşə hücum etmək olar, erməniyə yox?”... Ən azından Rəşad Sadıqovdan örnək alıb, bayrağı dığanın əlindən almaq, buna cəhd etmək olardı...

Bu yerdə istər-istəməz “Qəbələ”nin kapitanı Cavid Hüseynov yada düşür. Kiprdə Azərbaycanın bayrağının yandırılmasına sərt, hətta qeyri-etik şəkildə cavab verən Hüseynovun sonradan başına gələnlər ayrı söhbətin mövzusudur. Fakt isə odur ki, Rəşad, Cavid erməni təxribatına etiraz etdikləri halda, Araz susma mövqeyi tutdu...Heyf, çox heyf...




Ad: Бакинец;   E-mail: [email protected]

15.12.2018 08:17

Araz Neftcide indi oynasaydi , bu hadisenin iyi cox cixacagdi. Bele ise , Qarabaga soz demek olmaz ...
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31