5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Bu gün futbolçularımdan razı qaldım”

"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"a 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis yeganə qolun müəllifi Aleksandr Lyakazet və rəqibin gənc futbolçularının çıxışlarını müsbət dəyərləndirib: "Lyakazet haqda danışmağa söz kifayət qədər çoxdur. O, ustalıq səviyyəsi yüksək olan futbolçudur. Hər bir gəncin isə böyük potensialı var. İnanıram ki, onlar "Arsenal"ın gələcəyidirlər və bu oyunçular üzərində çox uğurlu nəticələr əldə edəcəklər".

Qurbanov qrup mərhələsində "Qarabağ"ın çıxışını isə normal dəyərləndirib: "Əvvəldən bilinirdi ki, favoritlər "Arsenal"la "Sportinq"dir. Bu komandaların ustalıq səviyyələri və oynadıqları çempionatlar çox-çox fərqlidir. Düşünürəm ki, "Arsenal" Avroliqada yox, daim Çempionlar Liqasında çıxış etməlidir. Biz isə bəlkə bir qədər daha yaxşı oyun göstərə bilərdik. Amma bəzi hallarda bizim üçün çətin idi. Bacardığımız qədər çalışdıq ki, yaxşı təcrübə toplayaq. Ümumilikdə isə oyunlardan razı qaldım. "Sportinq"lə Bakıdakı oyun istisna olmaqla".

Qeyd edək ki, "Qarabağ" E qrupunda 6 oyundan 3 xalla sonuncu yeri tutub. Eyni xala malik Ukraynanın "Vorskla" komandası 3-cü olub. "Arsenal" 16 xalla 1-ci, "Sportinq" 13 xalla 2-ci yeri tutaraq, 1/16 finala yüksəlib (sportnet.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31