19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qurban Qurbanov: “Məğlubiyyəti gözləyirdim”

“Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Rəqib komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü məğlubiyyəti yorğunluqla, yoxsa psixoloji problemlərlə əlaqələndirirsiniz?

- Bunların heç birini səbəb gətirmək istəməzdim. Rəqibin gücü bizdən çox idi. Üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi.

- Belə məğlubiyyətin qarşısını almaq üçün B planınız var idi?

- Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi.

- Millətlər Liqasında belə nəticə göstərdiksə, Avropa çempionatının seçmə mərhələsində bizi nə gözləyir?

- Bizi nə gözlədiyini deyə bilmərik. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq. Hələlik bu suala cavab vermək düzgün olmaz. Müəyyən vaxt lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31