2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qarabağ"ın təklifindən imtina ispan kimdi?

"Deportivo"nun qapıçısı Ruben Martines yay transfer dönəmində "Qarabağ"ın təklifini qəbul etməyib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, "Qarabağ" 34 yaşlı qolkiperə bir il üçün 500 min avroluq məvacib təklif edib. Lakin Martines Ağdam klubuna gəlməyi üstün tutmayıb.
 
İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edən təcrübəli əlcək sahibi daha az maaş təklif edən "Osasuna"nı seçib. Martines II Sequnda təmsilçisi ilə bir illik müqavilə bağlayıb.
 
İspaniyalı çərçivə qoruyucusu "Barselona"nın əsas heyətində iki oyun keçirib. O, "Malaqa", "Rayo Valyekano", "Almeriya" və "Levante" kimi klublarda çıxış edib. Ruben son mövsümü icarə əsasında "Anderlext"də keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31