18 Iyul 2018, Çərşənbə
"Keşlə"dən Maksimov açıqlaması
"Qarabağ"dan abituriyentlərə jest
"Baltsan"a üç qol vura bilərik"
"Qarabağ"ın oyunu canlı yayımda

Ölkə futbolu

Sənan Qurbanov: "Vaxtımız azdı"

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı çalışdırıcı klubun saytına açıqlamasında “Qəbələ”nin Lüksemburqun “Proqres” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib:
 
“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırki durumda şanslar bərabərdir.
 
Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdı. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2018
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31





Click to Visit