19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Elvin Yunuszadə: "Bu haqda yazanlar indiyə qədər heç yerə gecikməyiblər?" - MÜSAHİBƏ

“Qarabağ”dan ayrıldıqdan sonra klubsuz qalan Elvin Yunuszadə Futbolxeber.az saytına müsahibə verib. Karyerasını ölkə xaricində davam etdirəcəyi gözlənilən Yunuszadə saytımıza müsahibəsində bir çox məsələlər haqda danışıb:
 
- “Qarabağ”dan ayrılmağına səbəb nə oldu?
- Qurban Qurbanovla danışığımız oldu. Onunla danışdıq, bunun daha düzgün olacağına qərar verdik.
 
- Bəzilə düşünür ki, nizam-intizama uymadığına görə Qurban Qurbanov sənin komandadan getməyinə qərar verib. Bu nə dərəcədə doğrudu?
- Bəziləri bu cür söz-söhbətləri nəyə görə çıxardır? Anlamıram da. İnsanıq da yatıb qala bilərik. Bu haqda yazan insanlar, məgər indiyə qədər heç yerə gecikməyiblər?
 
- “Qarabağ”dan çox futbolçu getdi. Səncə, komandada nə baş verir?
- Düzdü, “Qarabağ”dan çox futbolçu getdi. Futboldu da, olur belə şeylər.
 
- Səncə, Ağdam təmsilçisi üçün ən böyük itki hansıdı, İbrahim Şehiçin gedişi, yoxsa Riçard Almeyda?
- Mənə elə gəlir ki, hamının əziyyəti olub. Hər futbolçunun gedişi itkidi “Qarabağ” üçün.
 
- Filip Ozobiçin “Qarabağ”a gəlişi barədə nə düşünürsən?
- Filip Ozobiç yaxşı futbolçudu. İnanıram ki, “Qarabağ”da çox yaxşı işlər görəcək.
 
- Bir ara adın “Keşlə” və “Neftçi” ilə hallanırdı. Bu klublardan hansına keçə bilərsən?
- Azərbaycanda heç bir klubla danışığım olmayıb.
 
- Legioner həyatı yaşamaq şansın var?
- Bəli, xaricdən təkliflər almışam. 3-4 ölkə klubu ilə danışırıq, görək necə olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31