19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Dabonun qalacağını düşünürdüm"

“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə Futbolxeber.az saytına müsahibə verib. Müdafiəçi komandanın hazırlığı və komandadan ayrılanlar haqda danışıb:
 
- “Qəbələ”nin məşqləri artıq start verilib. Hazırlıq necə gedir?
- Hazırlıqlarımız normal gedir. Avropa Liqası və yeni mövsümə hazırlaşırıq.
 
- Ölkə kubokunun finalındakı məğlubiyyəti artıq unuda bilmisiz?
- Bəli, psixoloji olaraq artıq yaxşı vəziyyətdəyik. Ölkə kubokunun finalı unudulub deməzdim, ancaq əvvəlki qədər üzülmürük.
 
- Roman Qriqorçukun gedişindən sonra baş məşqçi postuna Sənan Qurbanov gəldi. Ukraynalı mütəxəssisin gedişi səncə, komandanın enişinə və uğursuzluğuna səbəb olacaq?
- Mən belə düşünmürəm. Komanda olaraq çalışacağıq ki, olduğumuz yerdən də daha yüksəklərə qalxaq.
 
- Uzun illər “Qəbələ”nin istədiyi çempionluğu ona səncə, Sənan Qurbanov qazandıra bilər?
- Niyə də olmasın? Sənan qurbanov komandanı yaxından tanıyan insandı. Özü də çox yaxşı mütəxəssislərdən biridi. İnanıram ki, o, yüksək nailiyyətlər əldə edəcək.
 
- Söz-söhbət gəzir ki, komanda gələn mövsüm iddialı olmayacaq. Bu nə dərəcədə inandırıcıdı?
- Nə dərəcədə inandırıcı ola bilərki? Niyə iddialı olmamalıyıqki? Hər zamanki kimi hədəfimiz bəllidi. Qarşıdakı mövsümdə də çempionluğa oynayacağıq.
 
- Sənin özünə başqa klublardan təklif gəlib?
- Bəli, təkliflər gəlib. Ancaq komanda ilə iki illik müqaviləm olduğundan heç bir danışığa getməmişəm.
 
- “Qəbələ”nin aparıcı üzvü olan Baqali Dabo karyerasını “Neftçi”də davam etdirəcək.  Onun komandadan ayrılması sənin üçün gözlənilməz olmadıki?
Baqali Dabonun “Qəbələ”də qalacağını düşünürdüm. O, yaxşı futbolçudu. Yeni komandasında da ona uğurlar arzu edirəm.
 
- Filip Ozobiç və Baqali Dabosuz “Qəbələ” üçün çətin olmayacaqki?
Heç kim əvəzedilməz deyil. Gedənlərin yerini gələnlər dolduracaq.
 
- Yeni gələn Sabien Lilay barədə hansı fikirdəsən?
- Lilay sürətli və “Qəbələ”nin oyun tərzinə uyğun gələn futbolçudu. İnanıram ki, komandaya böyük faydası olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31