20 Oktyabr 2017, Cümə
Avroliqanın oyunları Etopaz-da
"Qarabağ"dan belə oyun gözləmirdik"
Simeone: “Gözlənilmız nəticə oldu”
“Qarabağ” “Atletiko”dan xal aldı

Ölkə futbolu

Svanadze: “Zirədə bir xal qazanmaq yaxşı nəticədir”

"İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 6-cı turunda “Zirə” ilə keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis səfərdə qazanılan 1 xalı qaneedici hesab etdiyini bildirib: “Zirə” yaxşı komandadır. İkinci hissədə çox təzyiq etdilər. Zirədə bir xal qazanmaq yaxşı nəticədir. Uşaqlara təşəkkür edirəm”.

Svanadze haik idarəçiliyi haqda da danışıb: “Qol epizodu haqda dəqiq nəsə deyə bilmərəm. Təkrara baxmaq lazımdır. Qırmızı vərəqəyə gəldikdə isə İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi”.

Svanadze komandanın kapitanı Nizami Hacıyevin zədəsi ilə bağlı da məlumat verib: “Deyəsən əzələsində yırtıq var. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar”.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31





Click to Visit